BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatların sabiq Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünü şərh edərkən danışıqları Vaşinqton üçün "qeyri-bərabər oyun" adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp "Newsmax" telekanalının efirində bildirib.
"Bu bizim ölkəmiz üçün qeyri-bərabər oyundur. <...> Bu oyunun keçirilməsinə imkan vermək lazım deyildi. Sanki "New England Patriots" (amerikan futbolu üzrə klub) klubunu məktəb komandasına qarşı çıxarmaqdır", - deyə ABŞ-ın sabiq prezidenti bildirib.
Trampın fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının siyasətindən daha sərt idi.
Qeyd edək ki, dekabrın 7-də ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.
Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
Həmçinin oxuyun:
Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı
Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi
Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə
Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib