CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə

Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. BAş Prokurorluq helikopter qəzası ilə bağlı təxribat versiyasını təkzib edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Baş prokurorun böyük köməkçisi ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə bu barədə bildirib.
O, deyib ki, helikopter qəzası mürəkkəb hadisə olduğu üçün müxtəlif növ ekspertiza təyin edilib: "Qəzaya səbəb təxribat amili ola bilməz. Məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb, işlər aparılır. Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. Hazırda mürəkkəb növ ekspertizalar ölkə daxilində həyata keçirilməsi məsələsinə baxılır. Yekun nəticə barədə ictimaiyyətə ruhi məlumatlar veriləcək".
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Eləcə də oxuyun:
* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"
* Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb
* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı