BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın məşhur şairi və naşiri Mir Möhsün Nəvvabın Şuşanın Cıdır düzündə yerləşən və işğal dövründə ermənilər tərəfindən dağıdılan məzar daşı bərpa olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev tvitter səhifəsində yazıb.
"Şuşanın Cıdır düzündə Azərbaycanın məşhur naşiri və şairi Mir Möhsün Nəvvabın məzar daşını mədəniyyətsizlər dağıdıblar. Müharibəni hətta ölülərə qarşı da aparıblar", - o bildirib.
Qeyd edək ki, Şuşanın məşhur ədiblərindən olan Molla Pənah Vaqifin də ermənilər tərəfindən dağıdılmış məqbərəsi Qarabağın incisi işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən təmir edilib. Həmçinin Şuşada təxminən 30 illik fasilədən sonra yenidən Vaqif Poeziya Günləri keçirilib.
Eləcə də oxuyun:
* O özü bütöv bir dövr idi: Cəbiş müəllim dahi qarabağlını – Üzeyir Hacıbəylini yada salır