https://sputnik.az/20211124/susa-2023-cu-ilde-turk-dunyasinin-paytaxti-elan-olunacaq-436641259.html
Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
Sputnik Azərbaycan
Anar Kərimov deyib ki, bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma o, prosesləri qabaqlamaq istəyib. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T21:46+0400
2021-11-24T21:46+0400
2021-11-24T21:46+0400
şuşa
mədəniyyət
türksoy
mədəniyyət naziri
anar kərimov
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_0:0:3169:1784_1920x0_80_0_0_b660ddabab2c91e2eabdfe764d68cd20.jpg
BAKI, 24 noyabr — Sputnik. Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib."Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək"- nazir qeyd edib.Nazir, həmçinin bildirib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: "Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_197:0:2928:2048_1920x0_80_0_0_de06014947b7bed3d7b1324f4d05ff6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, türksoy, mədəniyyət naziri, anar kərimov
şuşa, türksoy, mədəniyyət naziri, anar kərimov
Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq
Anar Kərimov deyib ki, bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma o, prosesləri qabaqlamaq istəyib.
BAKI, 24 noyabr — Sputnik. Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək"- nazir qeyd edib.
Nazir, həmçinin bildirib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: "Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".
A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".