BAKI, 30 noyabr — Sputnik. İlkin məlumatlara görə, “Omikron” ştammı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştamma yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Report-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər: “İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştammına yoluxanların deyil, virusun bütün ştammlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştammı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər".
“COVID-19-un hazırda dünyada geniş yayılan “Delta” ştammı da daxil olmaqla bütün variantları, xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, - deyə təşkilatdan bildiriblər.
Eləcə də oxuyun:
* Azərbaycanda hələ yeni ştamm aşkarlanmayıb
* Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz