BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda tanınmış hərbi həkim, beyin cərrahı Azər Əkbərov vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, 42 yaşlı həkimin uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, A.Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O, həmin akademiyanı birinciliklə bitirib. Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.
Azər Əkbərov tibb xidməti mayoru olub. Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.
Eləcə də oxuyun:
* Hisslərimizin əsirinə çevrilə bilməzdik - Yüzlərlə hərbçini xilas edən ağxalatlı qəhrəman
* Yüzlərlə yaralını xilas edən həkim: "Müharibə vaxtı arzuladığımız Azərbaycanı gördük"
* Xüsusi təyinatlı xilaskar: Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyib...