CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İldırımsürətli əməliyyatın iştirakçıları kursantlarla təcrübələrini bölüşdülər

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı diqqətə çatdırılıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib.
DSX-nin mətbuat mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Vətən müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.
Vətən müharibəsi zamanı DSX-nin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərdikləri vurğulanıb, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat verilib.
Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.
QARABAĞ
Qazilər ön sırada - Ağdam azadlığının bir ilini bu cür qeyd elədi
Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsində dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı diqqətə çatdırılıb.
Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənələrini layiqlə davam edəcəklərinə əminliklərini bildiriblər.
Xüsusi Məktəbdə keçirilmiş tədbirdə kursantlar tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Vətən müharibəsi qəhrəmanları DSX-nin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdiriblər.
Eləcə də oxuyun:
* Xəzərdə Azərbaycan sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb
* Hərb tarixində yeniliklər - Polkovnik Vətən müharibəsinin ildönümündə açıqlayır
* Sərhədçilərimiz İranla sərhəddən də mina "yığırlar"