QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qazilər ön sırada - Ağdam azadlığının bir ilini bu cür qeyd elədi

© Sputnik / Emin AlisahibAğdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Abunə olmaq
Bu gün Ağdamın işğaldan azad edilməsinin 1 ili tamam olur. Bu münasibətlə Ağdamda konsert proqramı təşkil edilib. 27 ildən sonra ilk dəfə doğma torpaqlarına ayaq basanlar sevinclərini Sputnik Azərbaycan-la bölüşüblər.
AĞDAM, 20 noyabr — Sputnik. Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə keçirilən konsertdə ağdamlılar bir araya gəliblər. Sputnik Azərbaycan-ın Qarabağ müxbiri bildirir ki, 27 illik həsrətə son qoyan 44 günlük müharibənin hər anı, hər dəqiqəsi xatırlanıb və bu qürur tarixinin sevinci hər bir ağdamlı tərəfindən sevinclə yad edilib.
© Sputnik / Emin AlisahibAğdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Ağdam sakinləri ilə həmsöhbət olduq. Rayonun Novruzlu kənd sakini olan Hafiz Əzimzadə deyir ki, onun da ata-baba yurdu 27 il düşmən tapdağında qalıb. İndi o, şaddır və bu gün özünü dünyanın ən xoşbəxt, ən bəxtəvər insanı hesab edir ki, doğma torpağı işğaldan azaddır:
“Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən, bu gün gözəl bir gündür, gözəl bir bayramdır. Rayonumuzun işğaldan azad edilməsindən artıq bir il keçir. Bütün vətəndaşlar kimi mən də sevinirəm və bu sevincimizin həddi-hüdudu yoxdur. Bu sevincə nail olduğumuz üçün mən Ali Baş Komandan İlham Əliyev cənablarına, Ordumuza və şəhidlərimizə borcluyam. 27 il əvvəl rayonumuz işğal altına düşmüşdü. Ancaq artıq qələbə sevincini yaşayırıq. Biz də artıq qaçqın kimi, məcburi köçkün kimi yox, azad xalqın nümayəndəsi, azad dövlətin bir vətəndaşı kimi öz elimizdə, öz obamızda yaşayacağıq, ata-baba qəbristanlığımızı ziyarət edəcəyik, rayonumuzda gedən quruculuq-abadlıq işlərində yaxından iştirak edərək, gələcək həyatımızı öz vətənimizdə, öz elimizdə davam etdirəcəyik”.
© Sputnik / Emin AlisahibAğdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Hafiz Əzimzadə kimi Əmrah Əliyev də öz sevincini Sputnik Azərbaycan-la bölüşür. Deyir ki, Vətənin müdafiəsinə qalxanlar arasında o da olub və döyüşdən qalib qazi kimi geri dönüb.
“Biz hər dəfə postlarda dayananda bir anlıq fikirləşirdik ki, görəsən, nə vaxtsa biz də o Ağdam şəhərini ata-babalarımız kimi görə bilərik? Görəsən, nə cürdür? Ata-babalarımız danışırdılar, sadəcə görməmişdik. Qeyri-adi gəlirdi. Mənfur düşmən yaşayış məntəqələrini sıradan çıxardı. Daş üstə daş qalmamışdı. Biz də getdik, orada bayrağımızı sancdıq. Biz Ağdama ilk dəfə ayaq basanda sadəcə inanmırdıq ki, otuz il həsrətdən sonra Ağdama ayaq basırıq. Bir yuxu kimi gəlirdi. Amma biz bunu bacardıq. Bu gün Azərbaycan xalqının başı ucadır. Çünki ata-baba torpaqlarını düşmən tapdağından azad etməyi bacarıb”.
© Sputnik / Emin AlisahibAğdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir - Sputnik Azərbaycan, 1920, 20.11.2021
Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir
25 yaşında Ağdamdan məcburi köçkün düşən Hüseyn Orucovun indi 51 yaşı var. Və deyir ki, yaşımdan əvvəl qocaldım: "Çünki ata-anamın qəbrini ziyarət edə bilmədim. Torpaq-yurd həsrəti çəkdiyimdən ömrüm haradan gəldi, hara getdi, bilmədim. İndi şükür ki, ata yurdum azaddır. 30 illik Vətən həsrətimizə prezidentimizin, ordumuzun sayəsində son qoyuldu. Torpaqlarımız azad olundu. Bu günə min şükür! Allaha şükür ki, biz Ağdam torpağına qayıdacağıq”.
Qeyd edək ki, Quzanlı qəsəbəsində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər. Konsert proqramında yerli incəsənət xadimləri çıxış ediblər. Həmçinin tədbir təşkil olunan meydanın ətrafında Qarabağ atlarının yürüşü, o cümlədən, qədim idman növləri üzrə nümunələr göstərilib.
Eləcə də oxuyun:
* Bu, total şəkildə Azərbaycan xalqının izlərini silməkdir – Rusiyalı ekspertlər Ağdamda
Emin Hüseynov: "Düşmən Ağdamı təslim etməyə vadar oldu"
* Ağdamda ermənilərə məxsus fosforlu mərmilər aşkarlanıb
* Ağdamın işğaldan azad olunmasının ildönümüdür
Xəbər lenti
0