Azərbaycan-Ermənistan sərhədində vəziyyət

On səkkiz yaşlı şəhidimiz torpağa tapşırıldı

Sputnik
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Murad Qalib oğlu dəfn edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, 2003-cü il təvəllüdlü Murad Xəlilov doğulduğu Şəmkir rayon Çinarlı qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və sakinlər iştirak ediblər.
Murad Xəlilovun dəfn mərasimi
Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Murad Xəlilovun dəfn mərasimi
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Eləcə də oxuyun:
* Şəhid Orxan Cabbarov dəfn edildi
* On doqquz yaşlı şəhidin son sözü: "Ata, Kəlbəcərə gedirik, mənə dua elə"
* Ailənin sonbeşiyi olan şəhid Cəlilabadda torpağa verildi