Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Şəhid Orxan Cabbarov dəfn edildi

© Sputnik / Leyla AbdullayevaGizir Cabbarov Orxanın dəfn mərasimi
Gizir Cabbarov Orxanın dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb. Yaylım atəşi açılıb, Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.
© Sputnik / Leyla AbdullayevaGizir Cabbarov Orxanın dəfn mərasimi
Gizir Cabbarov Orxanın dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Gizir Cabbarov Orxanın dəfn mərasimi
Qeyd edək ki, Orxan Cabbarovun iki ay öncə 27 yaşı tamam olmuşdu. Onlar ailədə iki qardaş, bir bacı olublar.
© Sputnik / Leyla AbdullayevaGizir Cabbarov Orxanın dəfn mərasimi
Gizir Cabbarov Orxanın dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Gizir Cabbarov Orxanın dəfn mərasimi
O.Cabbarov Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.
---------
12:12
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimində onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.
Şəhid O.Cabbarov Quba Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, O.Cabbarov bir il öncə Vətən müharibəsindən qayıdan zaman yaxınları tərəfindən coşqu ilə qarşılanmışdı.
Allah rəhmət eləsin!
Xəbər lenti
0