TƏHSİL

Məktəblərdə müəmma - Bəzi şagirdlər tətilə buraxılıb, digərləri dərsə gedirlər

Özəl liseylər V-IX və X-XI sinif şagirdlərini də payız tətilinə buraxıb.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Bakıda əksər özəl liseylərdə yuxarı siniflərdə təhsil alan şagirdlər də payız tətilinə çıxıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi bu tədris ili ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixlərinin dərs günləri hesab olunduğunu açıqlasa da, özəl liseylər bu siniflər üzrə şagirdləri payız tətilinə buraxıb.
"Zirvə" liseyindən Sputnik Azərbaycan-a bildiriblər ki, 17 noyabrdan məktəbdə bütün şagirdlər payız tətilinə çıxıblar. Təhsil müəssisəsində dərslər noyabrın 22-də başlayacaq. "Zirvə" liseyindən bildiriblər ki, Təhsil Nazirliyinin tətillə bağlı qərarı onlara şamil olunmur. Çünki liseydə dərslərə sentyabrın 15-dən başlanılıb.
"Xəzər" Dünya Məktəbindən də Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlər hazırda payız tətilindədirlər. Çünki dərslərə onlayn şəkildə sentyabrın əvvəlindən başlanıldığından dərs proqramında gecikmə yaranmayıb. Odur ki tətilə çıxan şagirdlər dərslərə noyabrın 22-dən başlayacaqlar.
TƏHSİL
Məktəblər bağlanacaq? Rəsmi açıqlama
Təhsil Nazirliyindən bildirilib ki, özəl təhsil müəssisələri tədris ilinə sentyabrın 15-dən onlayn şəkildə start verib. Dövlət təhsil müəssisələrində isə tədris ili oktyabrın 22-dən başlanılıb.
Qeyd edək ki, hazırda dövlət ümumtəhsil müəssisələrində (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunduğundan bu siniflərdə oxuyan şagirdlər məktəbə gedirlər.
Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi bu il ümumtəhsil müəssisələrində payız tətilinin olub-olmayacağı məsələsinə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunur.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində 19 noyabr tarixi payız tətili, 6 günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir. Ümumi orta (V-IX) və tam orta səviyyələri (X-XI) üzrə payız tətili günlərindən 16-19 noyabr tarixləri dərs günləri hesab olunur. Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Məlumat üçün bildirək ki, indiyədək ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunub. Pandemiya səbəbindən bu tədris ili I-IV siniflər üzrə dərslər sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan start verilib.
Onu da əlavə edək ki, təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsi öz açıqlamasında dərslərin 1-2 həftə gec başlamasının nəzərə alınacağını və tətillər hesabına kompensasiya ediləcəyini bildirmişdi.
Eləcə də oxuyun:
* Ən azı üç gün problem olur: donanlara "Azəristiliktəchizat"dan cavab
* Məktəb buzxanadır? Operativ qrupu arayın
* Paytaxtda koronavirusa görə bağlanan məktəb açılıb