İDMAN

"Neftçi"nin sabiq futbolçusu Yaponiya tarixinin rəmzi komandasına düşüb

35 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yaponiya futbol tarixinin rəmzi komandasını açıqlayıb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "11-lik"də "Neftçi" klubunun sabiq futbolçusu Keysuke Honda da yer alıb.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. Hazırda Litvanın "Suduva" klubunda oynayan Honda "ağ-qaralar"ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.
Eləcə də oxuyun:
* AFFA ermənilərin törətdikləri təxribatla bağlı FİFA və UEFA-ya müraciət edəcək
* Millimizin bu il üçün son performansı: BOS-da dörd qol vuruldu
* Azərbaycanın titullu güləşçisi futbol turnirinin ən yaxşı oyunçusu seçilib