BAKI, 10 noyabr — Sputnik. Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin azaldılması üçün işlər gedir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu istiqamətdə də addımlar atılır: "2022-ci il üçün bu fərq cəmi 10 manatdır. Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq".
Qeyd edək ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat, ehtiyac meyarının həddinin 200 manat olması təklif edilir.
Eləcə də oxuyun:
* Dövlət büdcəsi necə qənaət edib - nazirin dilindən
* Səhiyyə üçün ayrılan vəsait ən çox bir sahəyə xərclənir