Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu il iqtisadi artımın beş faizdən çox olması proqnozlaşdırılır

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
BAKI, 10 noyabr — Sputnik. Cari ildə iqtisadi artımın 5%-dən çox olması gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə təkan verən amillər mövcuddur: "Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib. Son illər sənaye zonalarına əhəmiyyətli investisiya yatırımları olub. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub. Prezidentin şəxsi təşəbbüsü nəticəsində bu sahəyə ayrılan vəsait artırılıb. Bu da investisiyaların həcminin artırılmasına öz təsirini göstərəcək. Cari ilin 10 ayında qeyri-neft ixracının həcmində də artım müşahidə edilib".
Qeyd edək ki, noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.
Xəbər lenti
0