İQTİSADİYYAT

Azərbaycanda muzdlu işə aid olmayan yeni iş yerləri açılacaq

Sənədə əsasən, bu, bir sıra dövlət orqanlarına (əsasən hüquq-mühafizə, müdafiə və s.) aparılan əmək haqqı üzrə struktur islahatları nəticəsində baş verəcək
Sputnik
BAKI, 8 noyabr — Sputnik. 2022-ci ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1 485 milyon manat təşkil edəcəyi gözlənilir.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,1% çoxdur.
Gələn il Azərbaycanda dövlətin hesabına muzdlu işə aid olmayan yeni iş yerlərinin açılması nəzərdə tutulub. Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bir sıra dövlət orqanlarına (əsasən hüquq-mühafizə, müdafiə və s.) aparılan əmək haqqı üzrə struktur islahatları nəticəsində baş verəcək.
Eləcə də oxuyun:
* Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
* Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır
* Gələn il Azərbaycanda pandemiya ilə mübarizəyə 350 milyon manat ayrılacaq
* Sosial müdafiə və sosial təminat xərcləri üçün ayrılacaq vəsait açıqlanıb
* Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır