MƏDƏNİYYƏT

Azərbaycan şəhəri yeməkləri sayəsində UNESCO-nun siyahısına düşdü

Yeni üzvlər də nəzərə alınarsa, indi Şəbəkədə 90 ölkədən 295 şəhər var.
Sputnik
BAKI, 8 noyabr — Sputnik. UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinə 49 şəhər daxil edilib. Bunlar arasında ölkəmizdən də bir şəhər var.
Sputnik Azərbaycan-ın məlumatına görə, UNESCO-nun baş direktoru Odre Azulenin qərarı ilə inkişafında, bilik və qabaqcıl təcrübələrinin bölüşülməsində mədəniyyət və yaradıcılığı əsas götürən şəhərlər bu şəbəkəyə qoşulurlar.
Türkiyənin Bursa, Gürcüstanın Batumi və Tbilisi şəhərlərinin yer aldığı şəbəkəyə Azərbaycanın cənub incisi Lənkəran da qəbul edilib. Şəhər qastronomiya istiqamətində nailiyyətləri ilə siyahıya düşməyi bacarıb.
Yeni üzvlər də nəzərə alınarsa, indi Şəbəkədə 90 ölkədən 295 şəhər var. Onlar dayanıqlı inkişafa yardım məqsədilə mədəniyyət və yaradıcılığa - tətbiqi sənət, xalq yaradıcılığı, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media-incəsənət və ya musiqiyə yatırım etməkləri ilə seçilirlər.
Yeni şəhər modeli hər şəhərdə öz memarları, tikinti işçiləri, landşaft dizaynerləri və vətəndaşlarla birlikdə işlənib hazırlanmalıdır.
Eləcə də oxuyun:
* Şəkidə əlli səkkiz abidə Dünya İrs Konvensiyasının normativ tələblərini əks etdirir
* Ev mətbəxindən böyük biznesə: Lənkəranın dadlı festivalı nə ilə yadda qaldı
* Azərbaycanın UNESCO-nun siyahısına salınmış maddi və mədəni irsi
* Laçında qəbirüstü at fiqurları tapılıb
* Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
* UNESCO-nun mənzil-qərargahında dahi Nizami Gəncəvinin 880 illiyi qeyd edilib