BAKI, 15 oktyabr — Sputnik. "Yaxın illərdə bölgədə yaranmış potensialı reallaşdırıb, pula çevirmək lazımdır. Bölgədə olan ərzaqlar, xörəklər qida sənayesinə gətirilməli və bölgə qida sənayesində öz yerini tutmalıdır".Bu sözləri Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Lənkəran, ümumiyyətlə cənub bölgəsinin mətbəx mədəniyyəti və turizm potensialından danışarkən bildirib.Qeyd edək ki, cümə günü, oktyabrın 15-də Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” respublika elmi-praktiki konfransı və festival keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.T.Əmiraslanov cənub bölgəsində istehsal olunan ərzaq məhsullarına önəm verilməsinin vacibliyini vurğulayıb: "Lənkəran çay mədəniyyətinin əsasında durur. Burada həm çay istehsal olunur, həm də limon yetişdirilir. Lənkəranda hətta ötən əsrin 60-ci illərinə kimi qənd də istehsal olunurdu. Ancaq sonra şəkər qamışının kökünü kəsdilər. Hətta qədimlərdə Rusiya çariçası II Yekaterina knyaz Qriqori Potyomkinə tapşırıq veribmiş ki, buradan şəkər qamışını aparıb Kizlyar şəhərində əksinlər, amma alınmayıb.Həmçinin Azərbaycanda ən çox çəltik cənub bölgəsində əkilir. Bu da bizim düyü, plov mədəniyyətimizin əsasında durur. Digər tərəfdən, bizim xanımlarımız, bölgə əhalisi çox gözəl mətbəx mədəniyyəti ortaya qoyublar. Biz bu mədəniyyəti qoruyub-saxlamalı, kataloqlaşdırıb, kitablaşdırmalı, inkişaf etdirib ortaya çıxarmalıyıq. Bu məqsədlə alimlərimiz bölgənin mətbəxini elmi cəhətdən araşdıracaqdır".Festivalda müxtəlif restoranların iştirak etdiyini söyləyən Tahir Əmiraslanov onların hələlik ev mətbəxi səviyyəsində olduğunu vurğulayıb: "Ancaq bölgə restoran biznesinə girməli və öz yerini tutmalıdır. Bölgədə xörəklərin müasir qaydada verilməsi, modernləşdirilməsi, neomətbəx inkişaf etdirilməlidir ki, bunu restoran biznesinə gətirək".Konfrans çərçivəsində “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi də keçirilib. Həm balaca rəssamlar, həm də festivalda iştirak edən şef-aşpazlar diplomlarla təltif ediliblər.Bildirək ki, elmi konfransda İqtisad Universiteti, Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Turizm və Menecment Universiteti, Kooperasiya Universiteti və AMEA-nın alimləri məruzələrlə çıxış ediblər. Konfransda səsləndirilən elmi məruzələr kitab şəklində çap ediləcək.
Tahir Əmiraslanov cənub bölgəsinin mətbəxinin restoran biznesinə gətirilməsi üçün şərtləri açıqlayıb.
BAKI, 15 oktyabr — Sputnik. "Yaxın illərdə bölgədə yaranmış potensialı reallaşdırıb, pula çevirmək lazımdır. Bölgədə olan ərzaqlar, xörəklər qida sənayesinə gətirilməli və bölgə qida sənayesində öz yerini tutmalıdır".
Bu sözləri Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Lənkəran, ümumiyyətlə cənub bölgəsinin mətbəx mədəniyyəti və turizm potensialından danışarkən bildirib.
Qeyd edək ki, cümə günü, oktyabrın 15-də Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” respublika elmi-praktiki konfransı və festival keçirilib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.
T.Əmiraslanov cənub bölgəsində istehsal olunan ərzaq məhsullarına önəm verilməsinin vacibliyini vurğulayıb: "Lənkəran çay mədəniyyətinin əsasında durur. Burada həm çay istehsal olunur, həm də limon yetişdirilir. Lənkəranda hətta ötən əsrin 60-ci illərinə kimi qənd də istehsal olunurdu. Ancaq sonra şəkər qamışının kökünü kəsdilər. Hətta qədimlərdə Rusiya çariçası II Yekaterina knyaz Qriqori Potyomkinə tapşırıq veribmiş ki, buradan şəkər qamışını aparıb Kizlyar şəhərində əksinlər, amma alınmayıb.
Həmçinin Azərbaycanda ən çox çəltik cənub bölgəsində əkilir. Bu da bizim düyü, plov mədəniyyətimizin əsasında durur. Digər tərəfdən, bizim xanımlarımız, bölgə əhalisi çox gözəl mətbəx mədəniyyəti ortaya qoyublar. Biz bu mədəniyyəti qoruyub-saxlamalı, kataloqlaşdırıb, kitablaşdırmalı, inkişaf etdirib ortaya çıxarmalıyıq. Bu məqsədlə alimlərimiz bölgənin mətbəxini elmi cəhətdən araşdıracaqdır".
Festivalda müxtəlif restoranların iştirak etdiyini söyləyən Tahir Əmiraslanov onların hələlik ev mətbəxi səviyyəsində olduğunu vurğulayıb: "Ancaq bölgə restoran biznesinə girməli və öz yerini tutmalıdır. Bölgədə xörəklərin müasir qaydada verilməsi, modernləşdirilməsi, neomətbəx inkişaf etdirilməlidir ki, bunu restoran biznesinə gətirək".
Lənkəranda “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” festivalı
"Bölgə turizm biznesində, qida biznesində, restoran-iaşə biznesində öz potensialını realizə etməlidir. Biz hətta bölgədə yaşayan əhalini də turistə düzgün xidmət göstərməsi üçün öyrətməliyik. Qarşımızda çox böyük iş durur. Amma bölgənin də çox böyük potensialı var, ondan istifadə etməmək günah olar. Ölkəmiz naminə, vətənimiz naminə, sənətimiz naminə bunları etməliyik və bu gün buna görə burada toplaşdıq".
Tahir Əmiraslanov
Milli Kulinariya Mərkəzinin prezidenti
Konfrans çərçivəsində “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi də keçirilib. Həm balaca rəssamlar, həm də festivalda iştirak edən şef-aşpazlar diplomlarla təltif ediliblər.
Bildirək ki, elmi konfransda İqtisad Universiteti, Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Turizm və Menecment Universiteti, Kooperasiya Universiteti və AMEA-nın alimləri məruzələrlə çıxış ediblər. Konfransda səsləndirilən elmi məruzələr kitab şəklində çap ediləcək.