CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə istehsal olunan tibbi maskaların qiyməti açıqlandı

İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda günlük tibbi maska istehsalı sayı açıqlanıb. “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda günlük 300-350 min ədəd tibbi maska istehsal olunur.
Onun sözlərinə görə, aylıq tibbi maska istehsalı həcmi 5 milyon 500 min ədəddir.
Fabrik rəhbəri tibbi maskanın satış qiymətini də açıqlayıb:

"Bizim istehsla etdiyimiz nano maskalar 20 qəpikdir. Digər maskalar isə 10-12 qəpik arasındadır".

S.Babayeva həmçinin ölkəmizdə istehsal olunan tibbi maskaların ixracı məsələsinə də toxunub:

"Biz istehsal etdiyimiz maskaları xarici bazara çıxardılmasını düşünmürük. Çünki, ölkəmizdə tibbi maskaya kifayət qədər təlabat var".

Qeyd edək ki, 2020-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.
İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə qapalı məkanlarda maskadan istifadə məcburidir.
Həmçinin oxuyun:
ÜST Azərbaycanın münaqişənin təsirinə məruz qalmış beş rayonuna maska göndərdi
Finlandiya ictimai nəqliyyatda maskadan imtina etdi