İQTİSADİYYAT

Azərbaycanda minimum əməkhaqqı və orta aylıq təqaüd qaldırılır

Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda minimum aylıq əməkhaqqı artırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
Qeyd edək ki, minimum əmək haqqı - qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.
Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb. Bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta aylıq əmək pensiyasının həcmi 343.17 səviyyəsində proqnozlaşdırılır. 2021-ci ilin yekunlarına görə isə bu göstərici 327.50 manat səviyyəsində proqnozlaşdırılır.
Eləcə də oxuyun:
* Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?
* Azad edilmiş ərazilər üçün işçi axtarılır - Maaşlar qaneedicidirmi?
* Deputat: əməkhaqlarında 20-40% artımın olması proqnozlaşdırılır