İDMAN

Azərbaycanda baş məşqçilər təhqirə görə sərt cəza aldılar

Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. "Neftçi"nin baş məşqçisi və "Səbail"in baş məşqçisi cəzalandırılıblar. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. "Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.
Bundan başqa, flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev də cəzalanıb. Apasport.az-ın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Mütəxəssis Premyer Liqanın IX turundakı davranışı üzündən cəzaya layiq görülüb. “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə mütəxəssis 5 oyun diskvalifikasiya edilib. “Səbail” 4000 manat cərimələnib.
Bakı təmsilçisinin futbolçusu Nikolas Raysel “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. O, klubu 3200 manat ziyana salıb.
Matç boyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi 800 manat cərimələnib.
Eləcə də oxuyun:
* "Qarabağ" reytinqdə "Qalatasaray"ı qabaqladı
* "Qarabağ" səfərdə də "Kayrat"a qalib gəldi - 2:1