FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ" səfərdə də "Kayrat"a qalib gəldi - 2:1

Abunə olmaq
Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. 72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib.
BAKI, 4 noyabr - Sputnik. "Qarabağ" futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
© REUTERS / PAVEL MIKHEYEV

Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar.

Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar. - Sputnik Azərbaycan
1/14

Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar.

© REUTERS / PAVEL MIKHEYEV

Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb.

Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb. - Sputnik Azərbaycan
2/14

Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb.

© REUTERS / PAVEL MIKHEYEV

Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib.

Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib. - Sputnik Azərbaycan
3/14

Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib.

© REUTERS / PAVEL MIKHEYEV

26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib.

26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib. - Sputnik Azərbaycan
4/14

26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib.

© REUTERS / PAVEL MIKHEYEV

İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub.

İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub. - Sputnik Azərbaycan
5/14

İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub.

© REUTERS / PAVEL MIKHEYEV

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib.

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib. - Sputnik Azərbaycan
6/14

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib.

© REUTERS / PAVEL MIKHEYEV

Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib.

Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib. - Sputnik Azərbaycan
7/14

Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib.

© REUTERS / PAVEL MIKHEYEV

Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib.

Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib. - Sputnik Azərbaycan
8/14

Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib.

© REUTERS / PAVEL MIKHEYEV

Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib.

Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib. - Sputnik Azərbaycan
9/14

Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib.

© REUTERS / PAVEL MIKHEYEV

Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib.

Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib. - Sputnik Azərbaycan
10/14

Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib.

© REUTERS / PAVEL MIKHEYEV

Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib.

Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. - Sputnik Azərbaycan
11/14

Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib.

© REUTERS / PAVEL MIKHEYEV

72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.

72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb. - Sputnik Azərbaycan
12/14

72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.

© REUTERS / PAVEL MIKHEYEV

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib. - Sputnik Azərbaycan
13/14

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

© REUTERS / PAVEL MIKHEYEV

Qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək. - Sputnik Azərbaycan
14/14

Qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Xəbər lenti
0