SƏHİYYƏ

Teymur Musayev özünə yeni müşavir təyin edib

Səhiyyə nazirinin yeni birinci müavini əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı T.Musayev əmr imzalayıb.
Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.
Səhiyyə Nazirliyi faktı "Report"a təsdiqləyib.
Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.
Eləcə də oxuyun:
* Rəsmi: "Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin vurdurmaq mümkündür"
* Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
* Səhiyyə Nazirliyi valideynlərə müraciət edib