Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?

© AFP 2024 / PHILIPPE DESMAZESYeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Risk qrupunda uşaq dedikdə piylənmə, anadangəlmə və qazanılmış immun problemləri, ağciyər funksiyasını uzun müddət məhdudlaşdıran xroniki ağciyər xəstəlikləri, ürək, böyrək çatışmazlığı, daun sindromu və s. bu kimi xəstəlikləri olan uşaqlar nəzərdə tutulur.
BAKI, 27 oktyabr — Sputnik. Risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara COVID-19 əleyhinə vaksin vurdurulmasını tövsiyə edirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "Instagram" səhifəsində "Uşaqlar və COVID-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib.
O bildirib ki, risk qrupunda uşaq dedikdə piylənmə, anadangəlmə və qazanılmış immun problemləri, ağciyər funksiyasını uzun müddət məhdudlaşdıran xroniki ağciyər xəstəlikləri, ürək, böyrək çatışmazlığı, daun sindromu və s. bu kimi xəstəlikləri olan uşaqlar nəzərdə tutulur:
"Bunun üçün də hər iki valideynin razılığı lazımdır və Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyəsinə əsasən, həmin yaş qrupunda olan uşaqlara "Pfizer" peyvəndi vurulur. Uşaqlara vurulan vaksinin dozasında heç bir fərq yoxdur. Onlara da eynən böyüklərə vurulan doza qədər vaksin vurulur".
Aynurə Zeynalova bildirib ki, uşaqların immun sisteminin güclənməsi üçün onların gün rejiminə, qidalanmasına diqqət edilməlidir:
"Balanslaşdırılmamış qidalanma uşaqların immun sisteminin zəifləməsinə səbəb olur. Körpə uşaqların ana südü ilə qidalanmasına, daha böyük uşaqlarda isə düzgün qidalanmaya diqqət etmək lazımdır. Həmçinin ailədə stress az olmalıdır, kiçik yaşlı uşaqlar təmiz havaya çıxarılmalıdır. Hər il olduğu kimi bu il də payız və qış aylarında həm uşaq, həm də böyüklərdə immunitetin zəifləməsi baş verir".
Şöbə müdiri qeyd edib ki, uşağın iştahı olmayanda vitamin verirlər , amma bu, doğru deyil: "Həkim məsləhət görmədən vitaminin verilməsi də fəsadlara gətirib çıxara bilər. Elə vitamin var ki, onlar bədəndən çıxmır, orqanizmdə yüklənib qala, ciddi fəsadlar ortaya çıxara bilər.
İltihab əleyhinə lazımsız dərmanlar uşaqlarda qastrit xəstəliyinə səbəb olur. Koronavirusa görə indi hamı təlaşdadır. Buna görə insanlar lazım gəlmədikdə belə antibiotiklərdən istifadə edirlər. Bunların çox ziyanları var. Eləsi var ki, azyaşlı uşağa ümumiyyətlə tövsiyə olunmur".
Xəbər lenti
0