BAKI, 31 oktyabr - Sputnik. Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.
ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.
Türkiyə Prezidenti vurğulayıb ki, görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir:
“Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələlə gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını da qeyd edib.
"Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi", - Ərdoğan deyib.
Həmçinin oxuyun: