TƏHSİL

Ölkə üzrə koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

Bu günə qədər ölkədə 1 milyon 595 min 108 şagird təhsil alır, onlardan 5042 nəfəri, yəni 0,32 faizi COVİD-19 infeksiyasına yoluxub.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.
Qeyd olunur ki, ümumtəhsil məktəbləri arasında distant təhsilə keçid 0,7 faiz təşkil edir. Həmçinin respublika üzrə 89 min 674 sinifdən 697-də ənənəvi tədris dayandırılmışdı. Bu da ümumi siniflərin 0,78 faiz təşkil edirdi. Artıq onlardan 155-i 2 həftəlik karantin müddəti bitdikdən sonra ənənəvi təhsilə qayıdıb, 542 sinif isə hələ də distant təhsildədir. Bu da 0,6 faiz edir.
Bu günə qədər ölkədə 1 milyon 595 min 108 şagird təhsil alır, onlardan 5042 nəfəri, yəni 0,32 faizi COVİD-19 infeksiyasına yoluxub. Müəllimlər arasında yoluxma halı isə 3388 nəfərdə müəyyən edilib ki, bu da ümumi müəllimlərin 1,47 faizini təşkil edir.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: Yoluxma sayı ikiqat artıb, ölənlər də çoxalıb
* Alimlər koronavirusu öldürən lampa kəşf etdilər
* İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı
* İki doza qorumadı, üçüncü doza qoruyacaq?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?