Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər koronavirusu öldürən lampa kəşf etdilər

© AP Photo / Virginia MayoAlim
Alim - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Bununla belə, ultrabənövşəyi şüalardan terapevtik vasitə kimi istifadə olunması imkanları məhduddur. Belə ki, yüksək dozada bu cür şüalanmaya məruz qalan məməlilərin genomunda mutasiyalar əmələ gələ bilər.
BAKI, 26 oktyabr — Sputnik. Amerikalı alimlər və mühəndislər işıq diodlu lampalardan elə uzun dalğalar əldə edə biliblər ki, onlar nəinki əşyaların səthindəki və qapalı məkanlardakı koronavirusu öldürür, həm də insan hüceyrələrinə nüfuz edərək oradakı virusu da məhv edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalında elmi məqalə dərc olunub.
Ultrabənövşəyi işıqdan xəstəxanalarda palataların və alətlərin strelizasiyasında geniş istifadə olunur. Əvvəllər də bu məsələni araşdıran alimlər qeyd ediblər ki, ultrabənövşəyi şüalar səthlər üzərindəki qaz və maye formasında olan koronavirusun inaktivasiyasında effektlidir. Virusun RNT-si ultrabənövşəyi fotonlar tərəfindən udulduğu zaman pirimidin dimerləri əmələ gəlir ki, bu da sonrakı sintez prosesinin qarşısını alır.
Bununla belə, ultrabənövşəyi şüalardan terapevtik vasitə kimi istifadə olunması imkanları məhduddur. Belə ki, yüksək dozada bu cür şüalanmaya məruz qalan məməlilərin genomunda mutasiyalar əmələ gələ, hətta bu, DNT-nin zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən də RNT və DNT viruslarının inaktivasiyası üçün daha çox fotobiomodulyasiya metodundan və işıq terapiyasından istifadə olunur.
Amerikalı alimlər bənövşəyi işığın insan orqanizmi üçün təhlükəsiz hesab olunan və SARS-CoV-2 virusunu zərərsizləşdirən dalğa diapazonunu da müəyyənləşdiriblər.
Tədqiqatçılar ümid edirlər ki, onların yeni kəşfi, xüsusən, peyvənd çatışmazlığı yaşanan bölgələrdə koronavirus pandemiyası ilə mübarizəyə töhfə verəcək.
Xəbər lenti
0