BAKI, 27 oktyabr — Sputnik. Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.4 faiz, Abşeronda 13.4 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.3 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.3 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.5 faizdir. Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
Azərbaycanda vaksinasiyadan keçmiş əhalinin faiz göstəricisi açıqlanıb. Əhalinin 51 faizi vaksinasiyadan keçib. Məlumata əsasən, xəstəliyə yoluxanların 51 faizini qadınlar, 49 faizini kişlər təşkil edir.
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Eləcə də oxuyun:
* Hamilələrə peyvənd vurulması məsələsinə aydınlıq gətirilib
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət
* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır
* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb
* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...