SƏHİYYƏ

İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı

Tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Tədqiqatçılar BioNTech/Pfizer və Oxford/AstraZeneca vaksinlərinin "yeddi nadir nevroloji fəsad" yaratdığını aşkar ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times yazır.
Nəşr qeyd edir ki, tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb.
Məlum olub ki, Oxford/AstraZeneca peyvəndinin birinci dozası vurulmuş adamlarda Giyen-Barre sindromu halları artıb. Bu rəqəm xəstəliyin 10 milyon insana nisbətdəki adi göstəricilərindən 38 nəfər çox olub. Bu sindrom zamanı immun sistemi periferik əsəb damarlarına təsir edir, nəticədə əzələ zəifliyi, ağrı, keyimə, ən pis halda isə iflic əmələ gəlir.
SƏHİYYƏ
İki doza qorumadı, üçüncü doza qoruyacaq?
BioNTech/Pfizer preparatı vurulduqdan 28 gün ərzində isə hemorragik insult, beyinə qansızma (adi göstəricilərdən 60 hal çox) halları müşahidə olunub, üstəlik bu fəsadlar qadınlar arasında daha çox rast gəlinib.
Eyni zamanda Edinburq Universitetinin professoru Əziz Şeyxin sözlərinə görə, yan təsirlər o qədər nadir olub ki, halların nisbətini minlərlə deyil, milyonlarla ölçüblər.
O da bildirilib ki, adi çəkilən nevroloji fəsadların yaranma riski koronavirus əleyhinə vaksin vurulanlara nisbətdə koronavirusa yoluxanlarda daha çox rast gəlinib. Müqayisə üçün qeyd olunur ki, koronavirusa yoluxanlarda Giyen-Barre sindromuna 10 milyon insan arasında 145 hal daha çox rast gəlinir, vaksin olunanlarda isə 10 milyon insan arasında adi göstəricidən 38 hal çox.
Tədqiqat zamanı dekabrdan mayadək vaksin olunanların məlumatları araşdırılıb. 32 milyon peyvənd olunmuş insandan 20 milyonuna AstraZeneca, 12 milyonuna isə Pfizer preparatı vurulub. Onların göstəriciləri COVID-19 analizləri müsbət çıxmış 2 milyon insanın göstəriciləri ilə müqayisə olunub.
Eləcə də oxuyun:
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət
* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır
* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb
* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...