BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu ilin avqustunda Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi dəyişdirilib. Prezident İlham Əliyev bu vəzifələrə Əli Fikrət oğlu Əlizadəni təyin edib.
Eləcə də oxuyun:
* Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı olub
* İran XİN rəhbəri Bayramovla söhbətindən sonra münasibətlərə şərh verdi
* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar