BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdari müvafiq razılaşmaya əsasən, oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Azərbaycan Dövlət Gömrük Komitəsinin saytında yer alıb.
"Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar", - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 13-də İranın "Mehr" agentliyi adıçəkilən şəxslərin İrana qaytarıldığını iddia etmiş, ancaq Azərbaycan Dövlət Gömrük Komitəsi məlumatı təkzib etmişdi.
Eləcə də oxuyun:
* Azərbaycan Gömrük Komitəsi iranlı sürücülərin sərbəst buraxılmasını təkzib etdi
* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu