DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyandan hökumətdə gözlənilməz dəyişiklik

Arşak Aslanyan iqtisadiyyat nazirinin müavini olub.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadiyyat nazirinin müavini Varos Simonyanı tutduğu vəzifədən azad edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Ermənistanın Ədliyyə Nazirliyinin qanun layihələri (e-draft.am) portalında yerləşdirilib.
Paşinyanın digər qərarı ilə Arşak Aslanyan iqtisadiyyat nazirinin müavini olub.
Qeyd edək ki, Simonyan 22 avqust 2019-cu ildə iqtisadiyyat nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl Ermənistanın Avropa İttifaqında ticarət attaşesi olub.
Eləcə də oxuyun:
* Moskvada Qarabağa dair üçtərəfli işçi qrupun iclası keçirilib
* Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi
* Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışıb
* Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin