BAKI, 15 oktyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığını bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.
Eləcə də oxuyun:
* İlham Əliyevin MDB Şurasında çıxışı: Qarabağ münaqişəsi keçmişdə qaldı
* Ceyhun Bayramov və Sergey Lavrov üçtərəfli bəyanatın tam icrasını müzakirə ediblər
* MDB-yə üzv dövlətlər arasında vacib sənədlər imzalanıb
* Ceyhun Bayramov: "Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır"
* Putin xüsusi xidmət orqanları rəhbərlərilə görüşdə əsas təhlükə qaynağını açıqladı