RUSİYA

Putin: Rusiya silahdan istifadə etmir

Rusiya Prezidenti bildirib ki, Avropadakı tərəfdaşları xahiş etsələr, bu ölkə onlara istədikləri qədər təbii qaz göndərə bilər.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Rusiya heç bir silahdan istifadə etmir, iqtisadiyyatda isə bu, ümumiyyətlə, istisna olunur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Qeyd edək ki, RF Prezidenti bu gün, oktyabrın 13-də "Rusiya enerji həftəsi" forumunun plenar iclasında iştirak edib.
İclasın moderatoru, CNBC telekanalının aparıcısı Hedli Gembl Putinə Rusiyanın enerjidən silah kimi istifadə edib-etmədiyi barədə sual verib. Cavabında Putin bildirib ki, Rusiya heç bir silahdan istifadə etmir, iqtisadiyyatda isə bu, ümumiyyətlə, istisnadır.
RUSİYA
Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin
"Biz silahdan harada istifadə edirik? Hansı münaqişədə iştirak edirik? O ki qaldı iqtisadiyyata, bu ümumiyyətlə istisna olunur", – deyə Rusiya Prezidenti bildirib.
Putin onu da deyib ki, Rusiya Avropaya qaz tədarükünü artırmağa hazırdır. Onun sözlərinə görə, indiyə kimi Rusiya bu qitəyə qaz ixracını 15% artırıb və əgər tərəfdaşlar xahiş etsələr, onlara istədikləri qədər təbii qaz tədarük etməyə hazırdır.
O bir daha vurğulayıb ki, Rusiya Avropaya qaz tədarükünü azaltmayıb, əksinə artırıb. Halbuki digər tədarükçülər "köhnə qitə"yə mavi yanacağın ixracını 14 milyard kubmetr məhdudlaşdırıblar. Bu həcmin yarıdan çoxu isə ABŞ tədarükçülərinin payına düşür.
Eləcə də oxuyun:
* Putin MDB ölkələrini xüsusi xidmət orqanlarının imkanlarından istifadə etməyə çağırdı
* Bütün MDB dövlətlərinin KTMT-nin Koordinasiya Şurasına cəlb olunması təklif edildi
* Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi