https://sputnik.az/20211012/moskva-vasinqtona-qarsiliqli-sekilde-butun-sanksiyalari-aradan-qaldirmagi-teklif-etdi-434145433.html
Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi
Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi
Sputnik Azərbaycan
Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil. 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T20:45+0400
2021-10-12T20:45+0400
2021-10-12T20:45+0400
kreml
rusiya
abş
vaşinqton
abş dövlət departamenti
viktoriya nuland
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153975_0:200:3072:1928_1920x0_80_0_0_a2835ea091279229f10b1e39e56774a3.jpg
BAKI, 12 oktyabr — Sputnik. Rəsmi Moskva Vaşinqtona hər iki ölkənin son illər bir-birinə qarşı tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Ryabkovla Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nulandın görüşünün nəticələri əsasında məlumat verilib."Rusiya və ABŞ-ın bir-birilərinin ərazisindəki diplomatik missiyalarının fəaliyyəti məsələsinə xüsusi diqqət yetirilib. Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil. Son bir neçə il ərzində hər iki tərəfin tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edirik ",- deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.Qeyd edək ki, oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nuland Moskvaya üçgünlük səfərə gəlib. Nuland Moskvada baş tutacaq görüşlərin əsas mövzusunu stabil və proqnozlaşdırıla bilən münasibətlər şəklində xarakterizə edib.ABŞ Dövlət katibinin müavinin Rusiyaya səfəri oktyabrın 13-də yekunlaşacaq.Həmçinin oxuyun:* Moskvaya ABŞ-dan vacib qonaq gəlib: O, Lavrovun müavini ilə görüşdü
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425153975_341:0:3072:2048_1920x0_80_0_0_9d8503d00ca9b4bcd7a632642fbb2cb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, abş, vaşinqton, abş dövlət departamenti, viktoriya nuland
kreml, abş, vaşinqton, abş dövlət departamenti, viktoriya nuland
Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi
Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil.
BAKI, 12 oktyabr — Sputnik. Rəsmi Moskva Vaşinqtona hər iki ölkənin son illər bir-birinə qarşı tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Ryabkovla Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nulandın görüşünün nəticələri əsasında məlumat verilib.
"Rusiya və ABŞ-ın bir-birilərinin ərazisindəki diplomatik missiyalarının fəaliyyəti məsələsinə xüsusi diqqət yetirilib. Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil. Son bir neçə il ərzində hər iki tərəfin tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edirik ",- deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nuland Moskvaya üçgünlük səfərə gəlib. Nuland Moskvada baş tutacaq görüşlərin əsas mövzusunu stabil və proqnozlaşdırıla bilən münasibətlər şəklində xarakterizə edib.
ABŞ Dövlət katibinin müavinin Rusiyaya səfəri oktyabrın 13-də yekunlaşacaq.