https://sputnik.az/20211013/putin-mdb-olkelerini-xususi-xidmet-orqanlarinin-imkanlarindan-istifade-etmeye-cagirdi-434165702.html
Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdü
Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdü
Sputnik Azərbaycan
İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T20:21+0400
2021-10-13T20:21+0400
2021-10-13T21:17+0400
rusiya
toplantı
putin
mdb
xüsusi xidmət orqanları
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434143011_0:138:3191:1934_1920x0_80_0_0_c27fb8bb928916e29d2e239eabe5b55e.jpg
BAKI, 13 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü, oktyabrln 13-də Moskvada iclasa toplaşan MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşüb. Sputnik Azərbaycan bildirir ki, məlumatı RF Xarici Kəşfiyyat İdarəsinin mətbuat xidməti yayıb.İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. "Görüş zamanı kollektiv Qərbin ölkələrimizə destruktiv təsiri və xaricdən demokratiya tətbiq etmək cəhdləri fonunda MDB ölkələrində təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində xüsusi xidmətlərin qarşılıqlı fəaliyyətlərinin aktual məsələləri müzakirə olunub", - məlumatda qeyd olunur. Xüsusi xidmət orqanlarının rəhbərləri belə bir yekun fikir ifadə ediblər ki, göstərilən proseslər MDB ölkələrinin daxili siyasi vəziyyətini pozmağa yönəlib və koordinasiya olunmuş, məqsədyönlü xarakter daşıyır. Bu məqsədlə cəlb olunan beynəlxalq və qeyri-hökumət təşkilatlarının kuratorları isə Qərbin xüsusi xidmət orqanlarıdır. Məlumatda qeyd olunur ki, görüş iştirakçıları bu səbəbdən həmin proseslərə qarşılıq vermək üçün birgə səylərinin aktivləşdirilməsi barədə razılığa gəliblər. Görüş iştirakçıları həmçinin Əfqanıstandan qaynaqlanan təhlükələrin, terrorizmin yayılması və qaçqınların yaxın ölkələrə axını kimi problemlərin lokallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin mexanizmlərini müəyyənləşdirmək barədə də razılığa gəliblər. Görüşün yekunlarına dair memorandum qəbul edilib.---------14:50Dövlətlərin daxili və xarici təhdidlərə qarşı etibarlı şəkildə müdafiəsi üçün təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə olunmalıdır. Bu sözlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVII toplantısına göndərdiyi teleqramda öz əksini tapıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, teleqramın mətni Kremlin saytında dərc olunub.Putin qeyd edib ki, toplantı iştirakçıları MDB dövlətlərinin təhlükəsizliyinin təminatı, eləcə də suverenliyinin və milli maraqlarının qorunması ilə bağlı bir sıra məsələləri müzakirə edəcəklər. Bundan başqa, tərəflər öz təcrübələrini bölüşərək hazırda dünyada və Avrasiya regionundakı mövcud vəziyyəti müzakirə edəcək, gələcəklə bağlı proqnozlar verəcəklər.Rusiya lideri görüşdə qəbul olunacaq qərarların sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də MDB ölkələrinin gələcək inkişafına xidmət edəcəyinə əminliyini də ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434143011_0:0:2729:2047_1920x0_80_0_0_02104f6f88df665b80c675377af43247.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toplantı, putin, mdb, xüsusi xidmət orqanları
toplantı, putin, mdb, xüsusi xidmət orqanları
Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdü
20:21 13.10.2021 (Yenilənib: 21:17 13.10.2021) İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
BAKI, 13 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü, oktyabrln 13-də Moskvada iclasa toplaşan MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşüb.
Sputnik Azərbaycan bildirir ki, məlumatı RF Xarici Kəşfiyyat İdarəsinin mətbuat xidməti yayıb.
İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
"Görüş zamanı kollektiv Qərbin ölkələrimizə destruktiv təsiri və xaricdən demokratiya tətbiq etmək cəhdləri fonunda MDB ölkələrində təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində xüsusi xidmətlərin qarşılıqlı fəaliyyətlərinin aktual məsələləri müzakirə olunub", - məlumatda qeyd olunur.
Xüsusi xidmət orqanlarının rəhbərləri belə bir yekun fikir ifadə ediblər ki, göstərilən proseslər MDB ölkələrinin daxili siyasi vəziyyətini pozmağa yönəlib və koordinasiya olunmuş, məqsədyönlü xarakter daşıyır. Bu məqsədlə cəlb olunan beynəlxalq və qeyri-hökumət təşkilatlarının kuratorları isə Qərbin xüsusi xidmət orqanlarıdır. Məlumatda qeyd olunur ki, görüş iştirakçıları bu səbəbdən həmin proseslərə qarşılıq vermək üçün birgə səylərinin aktivləşdirilməsi barədə razılığa gəliblər.
Görüş iştirakçıları həmçinin Əfqanıstandan qaynaqlanan təhlükələrin, terrorizmin yayılması və qaçqınların yaxın ölkələrə axını kimi problemlərin lokallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin mexanizmlərini müəyyənləşdirmək barədə də razılığa gəliblər.
Görüşün yekunlarına dair memorandum qəbul edilib.
Dövlətlərin daxili və xarici təhdidlərə qarşı etibarlı şəkildə müdafiəsi üçün təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə olunmalıdır. Bu sözlər Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVII toplantısına göndərdiyi teleqramda öz əksini tapıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, teleqramın mətni Kremlin saytında dərc olunub.
Putin qeyd edib ki, toplantı iştirakçıları MDB dövlətlərinin təhlükəsizliyinin təminatı, eləcə də suverenliyinin və milli maraqlarının qorunması ilə bağlı bir sıra məsələləri müzakirə edəcəklər. Bundan başqa, tərəflər öz təcrübələrini bölüşərək hazırda dünyada və Avrasiya regionundakı mövcud vəziyyəti müzakirə edəcək, gələcəklə bağlı proqnozlar verəcəklər.
"Sizin rəhbərlik etdiyiniz xidmətlər və idarələr ciddi operativ, analitik, texniki və kadr imkanlarına malikdir. Və bu gün belə güclü potensialdan bizim dövlətlərimizin etibarlı müdafiəsi, eləcə də bütün MDB-nin daxili və xarici təhlükələrdən qorunması üçün istifadə olunmalıdır. Bütün bunların reallaşdırılması üçün koordinasiyalı fəaliyyət, vacib istiqamətlər üzrə sistemli iş, müntəzəm informasiya mübadiləsi, birgə əməliyyatların keçirilməsi həddindən artıq vacibdir", – deyə Prezident qeyd edib.
Rusiya lideri görüşdə qəbul olunacaq qərarların sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də MDB ölkələrinin gələcək inkişafına xidmət edəcəyinə əminliyini də ifadə edib.