SƏHİYYƏ

Azərbaycana ümumilikdə 13 milyon doza Çin vaksini gətirilməsi planlaşdırılır

Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Ümumilikdə Azərbaycana 13 milyon "CoronaVac" vaksin dozasının idxalı nəzərdə tutulub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, indiyə qədər 12 169 030 doza "CoronaVac" dərman vasitəsi ölkəyə gətirilib.
Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin "Dərman vasitəsinin idxalı barədə" 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən, Agentlik ilə Rusiya Federasiyasının "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə uyğun olaraq, 300 000 doza "Sputnik V" dərman vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulub.
SƏHİYYƏ
Sumqayıtda şagirdin ölümü iki nazirliyi hərəkətə keçirdi: "Vaksin vurdurun"
İndiyə qədər 200 000 doza "Sputnik V" dərman vasitəsi ölkəyə gətirilib.
Agentlikdən, həmçinin bildirilib ki, Azərbaycana bu günədək 319 410 doza "Pfizer-Biontech" vaksin dərman vasitəsi gətirilib.
Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.
Eləcə də oxuyun:
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Azərbaycanda əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib
* Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi
* Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi