CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hərbçilər təntənəli yürüşə çıxıblar

Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verir. Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.
Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.
Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.
Eləcə də oxuyun:
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Türkiyədə tariximiz üçün əhəmiyyətli olan hadisə haqqında animasiya filmi hazırlanıb
Alper Karacaoğlu türk əsgərlərinə göstərilən hörmət və ehtirama görə təşəkkür etdi - FOTO
Nuru Paşanın əsgərinin Azərbaycandakı evi - orada qardaşlığın, dostluğun işarəsi var
Xaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir