CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir müğənni koronavirusa yoluxub: Vəziyyəti ağırdır

Bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı "Facebook" hesabında paylaşıb. Tanınmış jurnalistin sözlərinə görə, müğənni 10 gün əvvəl COVID-19 infeksiyasına yoluxub. Vəziyyəti ağırdır.
"Səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. TƏBİB-lə əlaqə saxlamaq mümkün deyil, bu xəstəxananın da nə qədər "güclü olduğu" hər kəsə bəllidir. Ailəsi çarəsiz qalıb, həyat yoldaşı da xəstəxanaya götürülüb, onun vəziyyəti nisbətən yüngüldür", - deyə Telli Pənahqızı qeyd edib.
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.
Eləcə də oxuyun:
Yaqub Zurufçuya böyrək əvəzedici terapiya başlanıb
COVID-19 statistikası: yoluxan və vəfat edənlərin sayında azalma var
Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
Çində yeni növ koronavirus infeksiyası ocağı aşkar edilib