BAKI, 30 avqust - Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda məsələyə aydınlıq gətirilib.
Bildirilib ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən "Təkqaya" adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 10 noyabr 2020-ci ildən - 11 avqust 2021-ci il tarixlərində işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb. Məlumata görə, həmin müddətdə 23 nəfər həlak olub. Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıblar.
--------------
06.08.2021 - 16:06
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
Cümə günü, avqustun 6-da işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.
----------
09:45
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.
APA-nın xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.
Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, iyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
Qarabağda mina qurbanları
Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mina xəritələrinin verilməsi
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
Həmçinin oxuyun: