ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidСтроительство инфраструктурных объектов и разминирование территорий в Физулинском районе Азербайджана
Строительство инфраструктурных объектов и разминирование территорий в Физулинском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb, 677 hektar ərazi mina və PHS-lardan təmizlənib. .
BAKI, 2 avqust — Sputnik. ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, iyulun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 545 piyada əleyhinə mina, 85 tank əleyhinə mina və 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 677 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Müharibə başa çatdıqdan sonra təmizlənən ərazi
2020-ci il noyabrın 1-dən iyulun 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 8951 piyada əleyhinə mina, 4022 tank əleyhinə mina və 10026 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Həmin zaman ərzində 3942 hektar ərazi mina və PHS-lardan təmizlənib.
Mina xəritələrinin verilməsi
İyulun 3-də Ermənistan Azərbaycanın 15 erməni silahlısını azad etməsi müqabilində Füzuli və Zəngilanda basdırdığı 92 mindən çox minanın xəritələrini təqdim edib.
2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Xəbər lenti
0