BAKI, 24 iyul - Sputnik. Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qurumun "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.
Xatırladaq ki, bu, minalanmış ərazidə ilk yanğın hadisəsi deyil. İyunun 30-da Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub. Minalanmış sahədəki yanğını FHN helikopter vasitəsilə söndürüb.
İyulun 6-da isə Qazaxda sərhəd zolağında 180 ha sahə yanıb.
Eləcə də oxuyun:
-
Meşələrdə aqrobağlar salınsın, ya yox - Haftoni meşələrində nə baş verir?
-
Qazaxda sərhəd zolağında baş verən yanğınla bağlı yeni xəbər
-
Füzulidəki yanğın vəzifəli şəxsləri toplanmağa vadar etdi