Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir

KİV-in məlumatına görə, partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib
Sputnik
BAKI, 27 avqust - Sputnik. Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı CBS telekanalı öz mənbələrinə istinadən yayıb.
 
---------
00:50
Kabildə sonuncu partlayış qəfil deyildi, onu ABŞ hərbçiləri sursatı məhv etmək üçün törədiblər.
Sputnik Azərbaycan Reuters-ə istinadən bildirir ki, belə bir bəyanatla Talibanın* nümayəndəsi Zabiulla Mücahid çıxış edib.
Yerli TV əfqan məmurlara istinadən məlumat yayıb ki, ümumilkdə bugünkü partlayışlarda ən azı 72 nəfər həlak olub, 158 nəfər yaralanıb.
--------------
26.08.2021
23:54
Kabildə daha bir güclü partlayış olub. Məlumatı yerli 1TV yayıb.
---------
23:27
ABŞ Kabil aeroportunda minalanmış avtomobillərlə hücum təhlükəsi ehtimalının yüksək olduğunu hesab edir və taliblərlə birlikdə tədbirlər görür.
Sputnik Azərbaycan bildirir ki, bunu Pentaqondan bildiriblər.
Pentaqonun nümayəndəsi general Kennet Makkenzi bildirib ki, ABŞ Kabil aeroportuna yeni hücumlara hazırlaşır.
"Hesab edirik ki, hücumlar davam edəcək, onlara hazır olmaq üçün əlimizdən gələn hər şeyi edirik, həmçinin aeroport ətrafında xarici təhlükəsizlik kordonunu təmin edən taliblərlə əlaqədəyik", - Makkenzi Pentaqonda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ gecə-gündüz hücumda əli olanları axtaracaq, tapan kimi isə bu hərəkətlərinə görə cavablarını verəcək.
ABŞ Kabil aeroportu yaxınlığında törədilən terror aktlarının Talibanın icazəsilə törədildiyini sanmır.
"Bilmirəm, hesab etmirəm ki, onların (taliblərin) buna imkan verəcəyinə kimsə məni inandıra bilsin. Bizim avqustun 31-dək Əfqanıstandan çıxmağımız üçün onların praktiki məqsədləri var: onlar aeroportu ələ almağa çalışırlar. Bizdə həmin günədək çıxıb getməık istəyirik. Beləliklə, bizim bir məqsədimiz var", - Makkenzi deyib.
Bu dəqiqələrdə məlum olub ki, İŞİD* terror aktlarına görə məsuliyyəti boynuna götürüb.
Pentaqonda hesab edirlər ki, İŞİD Kabil aeroportundakı təyyarələri vurmağa çalışacaq, ancaq bunun üçün kifayət qədər vasitələri yoxdur.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
 
----------
22:56
Kabil aeroportu yaxınlığında üçüncü partlayış olub. 
KİV-in məlumatına görə, öncəki partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Onu kamikadze törədib. Sonra isə avtomobil partladılıb. 
Partlayışlarda 60 əfqan və 12 Amerika hərbçisi həlak olub. 150 nəfərdən artıq adam yaralanıb.
---------
21:46
:Kabul aeroportunda partlayışlar zamanı ölənlərin sayı 40-a yüksəlib. Yaralıların sayı isə 120 nəfəri ötüb.  
Bu barədə xəstəxanalardan verilən məlumatda deyilir. Bildirilir ki, ölənlər arasında qadın və uşaqlar da var. 
KİV-in məlumatına görə, partlayışlarda dörd Amerika HDQ əsgəri ölüb. Pentaqondan isə hərbçilərin öldüyünü təsdiqləyib, amma dəqiq sayını bildirməyiblər. 
Bu arada Taliban* Kabil aeroportu yaxınlığındakı partlayışları qəti surətdə qınadığını bəyan edib.
Sputnik Azərbaycan bildirir ki, hərəkatın nümayəndəsi Zabiulla Mücahid bu cür pis niyyətli qruplara qarşı tədbir görüləcəyini söyləyib. 
 
---------
18:41
Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportu yaxınlığında iki partlayış baş verib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı yeli və xarici KİV-lər, o cümlədən Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Müxtəlif telekanalların və KİV-lərin məlumatına görə, uşaqlar da daxil olmaqla 13 nəfər həlak olub. Hətta Taliban* üzvləri arasında da yaralıların olduğu deyilir. 
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, onların hərbi qrupunda heç bir itki və yaralanan yoxddur. 
Wall Street Journal öncə xəbər yaymışdı ki, partlayış britaniyalıların toplaşdığı Baron otelinin yanında baş verib. 
ABŞ-ın Əfqanıstandakı səfirliyi amerikalıları Kabil aerportuna getməkdən və aeroporta girişlərdən istifadə etməkdən çəkindirib. Aeroport yaxınlığında olanlara isə dərhal oranı tərk etmək məsləhət görülüb.
Amerikanın diplomatik missiyası Kabildəki səfirlik kompleksini tərk edib və hazırda paytaxtın beynəlxalq aeroportunda fəaliyyətinə davam edir.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Türkiyə hərbçiləri Əfqanıstandan təxliyə olunurlar
Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Kabil aeroportuna daha bir təhlükə
Əfqanıstanın idarəetmə forması bəlli oldu
Taliblər təxliyəyə qadağa qoyur, türk əsgərini istəmirlər, Aİ isə Əfqanıstana qadağa qoyur
Pəncşir də Talibana* boyun əyməyə hazırlaşır
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıblar