BAKI, 26 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsi ən qısa zamanda tamamlanacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.
Nazir eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib: "Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan Türkiyə Silahlı Qüvvələri planın tam tətbiq edilməsi üçün bütün işləri görməkdədir. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə birlikdə çalışdığımız müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz mövcud təxliyə planları çərçivəsində davam etdirilməkdədir", - deyə Hulusi Akar bildirib.
Eləcə də oxuyun:
Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Əfqanıstanın idarəetmə forması bəlli oldu
Taliblər təxliyəyə qadağa qoyur, türk əsgərini istəmirlər, Aİ isə Əfqanıstana qadağa qoyur