BAKI, 22 avqust - Sputnik. Əfqanıstandan təxliyə edilən qadın ABŞ HHQ-yə məxsus təyyarə "Ramştayn" aviabazasında (Almaniya) yerə enərkən doğub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın aviasiya təxliyələri komandanlığı (AMC) məlumat yayıb.
"Tibbi xidmətin 86-cı qrupunun köməkçi heyəti ABŞ HHQ-sinin hava gəmisi Almaniyadakı "Ramştayn" aviabazasında enən zaman uşaq dünyaya gətirən əfqanıstanlı qadına və ailəsinə yardım edir", - AMC-nin Twitter hesabında qeyd olunur.
Bildirilir ki, uçuş zamanı hamilənin vəziyyəti ağırlaşıb, təyyarənin komandiri qadının həyatının xilası məqsədilə göyərtədə havanın təzyiqini artırmaq üçün yüksəkliyi azaltmaq qərarı verib.
AMC bildirir ki, yeni doğulan qızcığaz və anası yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.
Şənbə günü analoji ihadisə Özbəkistanda baş vermişdi. Özbəkistan Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Daşkəndə təxliyə edilən Əfqanıstan vətəndaşı Özbəkistan paytaxtında doğub. Ana və oğlu hazırda şəhər xəstəxanalarından birindədirlər.
Eləcə də oxuyun:
Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”
Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi