Consonla Ərdoğan Əfqanıstanı müzakirə etdilər

Hər iki ölkənin lideri bu fikirdədir ki, Əfqanıstanın istənilən yeni hökuməti ölkə əhalisinin bütün nümayəndələrinin maraqlarını təmsil etməli, eləcə də qadınlarla azlıqların hüquqlarını qorumalıdır. 
Sputnik
BAKI, 22 avqust - Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. 
Sputnik Azərbaycan bildirir ki, məlumatı Consonun ofisi yayıb. 
"Onlar vəziyyətin sabitləşdirilməsində və ölkədə, eləcə də regionda əfqan xalqına dəstək verilməsində beynəlxalq ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini müzakirə etdilər", - məlumatda deyilir.
Hər iki ölkənin lideri bu fikirdədir ki, Əfqanıstanın istənilən yeni hökuməti ölkə əhalisinin bütün nümayəndələrinin maraqlarını təmsil etməli, eləcə də qadınlarla azlıqların hüquqlarını qorumalıdır. 
Məliumatda o da qeyd olunur ki, Britaniya və Türkiyə Talibana* sözlərinə görə yox, fəaliyyətinə görə qiymət veriləcəyindən çıxış edirlər. 
"Liderlər ölkələrin yardım göstərilməsi və qaçqınların yerləşdirilmısi məsələsində məsuliyyəti bölüşmək barədə razılaşıblar, qeyd ediblər ki, bu prosesdə əsas rol BMT-yə ayrılır", - məlumatda deyilir.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Baydenə ittiham - “Taliblərin önündə diz çökdü
Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaq
Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
Əfqanıstanda yenidən qırğın gözlənilir: Pəncşir təslim olmaq niyyətində deyil