Əfqanıstanda yenidən qırğın gözlənilir: Pəncşir təslim olmaq niyyətində deyil

Taliblərin yaydıqları videoda döyüşçülər deyirlər ki, əyalətə doğru irəliləyirlər, Məsudla Salehin tərəfdarları isə ya əyaləti dörd saat ərzində təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.
Sputnik
BAKI, 22 avqust - Sputnik. Dağlıq Pəncşir əyaləti taliblərə təslim edilməyəcək, onun sakinləri müdafiəyə hazırdırlar.
Sputnik Azərbycan bildirir ki, bunu yerli müqavimət hərəkatının lideri Əhməd Məsud deyib. O, 2001-ci ildə antitaliban “Şimal alyansının” lideri Əhməd Şah Məsudun oğludur.
“Pəncşir Talibana* verilməyəcək... Əgər onlar Pəncşirə nəzarət etməyə cəhd göstərsələr, biz müqavimət göstərməyə hazırıq”, - Məsud “Əl-Ərəbiyyə” telekanalına deyib.
Bundan başqa, o əlavə edib ki, taliblərin nümayəndələri Pəncşir müqavimət hərəkatı ilə danışıqlardan imtina ediblər.
“Taliban dialoqu müharibənin sonunadək təxirə saldı... Biz Əfqanıstanda müharibəni sonlandırmaq istəyirik və dialoqa can atırıq... Əgər özünü belə aparmağa davam etsə, Taliban uzun müddət duruş gətirə bilməyəcək”, - Məsud deyib.
Cümə axşamı, avqustun 19-da Britaniyanın "Sun" qəzeti mənbələrinə istinadən bildirmişdi ki, minlərlə yaxşı hazırlıqlı döyüşçü, o cümlədən Amerika və Britaniya əsgərlərinin, elitar Xüsusi Hava Qüvvələrinin (SAS) hazırladığı döyüşçülər Pəncşirə istiqamət götürüblər. Nəşr eləcə də bildirirdi ki, general Əbdül-Rəşid Dustumun dəstələri və talibləri dəstəkləməkdən imtina edən müntəzəm ordunun hərbçiləri də həmin rayona gedirlər.
Bundan öncə “Asharq Al-Awsat” qəzetinə müsahibəsində Əhməd Məsud demişdi ki, müqavimət liderləri siyasi danışıqlar yolu ilə Talibanla inklüziv hökumət qurmağa hazırdırlar, ancaq "ekstremizmlə xarakterizə olunan" əfqan hokumətinin qurulması yolverilməzdir.
Taliban döyüşçüləri isə bazar günü, avqustun 22-də Pəncşirin müqavimət hərəkatının lideri Əhməd Məsuda təslim olmaq üçün dörd saat veriblər.
Bu məlumatı da Əl-Ərəbiyyə” telekanalı yayıb.
“Taliban Əhməd Məsuda Pəncşir əyalətini təslim etmək üçün dörd saat verib. Hərəkat bildirib ki, Məsudla Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehin olduğu Pəncşirə hücum etməyə hazırdır”, - məlumatda deyilir.
Taliblərin yaydıqları videoda döyüşçülər deyirlər ki, əyalətə doğru irəliləyirlər, Məsudla Salehin tərəfdarları isə ya əyaləti dörd saat ərzində təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Baydenə ittiham - “Taliblərin önündə diz çökdü
Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaq
Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi