BAKI, 18 avqust — Sputnik. Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədi öz "Twitter" səhifəsində İnterpolu ölkədən qaçan prezident Əşrəf Qənini "vətəni satdığına" görə həbs etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Vətənini satan şəxslər cəzalandırılmalı və saxlanılmalıdır", - deyə Məhəmmədi öz tvitini "İnterpol, Qənini həbs et" həştəqi ilə müşayiət edərək yazıb.
Bismillah Xan Məhəmmədi 2021-ci il iyunun 19-da Taliban* tərəfindən ölkədə hakimiyyətin ələ keçirilməsindən bir müddət əvvəl Əfqanıstanın müdafiə naziri təyin edilib.
Daha öncə Cəlalabadda taliblər milli bayrağı dəstəkləmək üçün etirazçı əfqanlara atəş açıblar.
Avqustun 15-də Taliban hərəkatı Əfqanıstanın bütün ərazisi üzərində nəzarətin qurulduğunu elan edib. Onun nümayəndələri Kabildə dövlət televiziyasını nəzarətə götürüb və öz müraciətlərində vətəndaşları sakit olmağa çağırıblar. Yaranmış izdiham və Amerika Hava Qüvvələrinə məxsus təyyarələrin şassisində uçmaq istəyi bir neçə nəfərin ölümünə səbəb olub.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
ABŞ-ın vitse-prezidenti 40 ilin ən böyük rüsvayçılığı barədə
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Taliblər qadınlara səsləndilər
Əfqanıstan: Taliban* ümumi amnistiya elan etdi, yüzlərlə sakin təxliyə olunur