RUSİYA

Rusiyanın Əfqanıstanla bağlı "B" planı var

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov Əfqanıstandakı hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olduğu ilə bağlı sualı cavablandırıb.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Kabilin Taliban* tərəfindən ələ keçirilməsi Əfqanıstanda müəyyən razılıq əsasında hakimiyyət ötürülməsi deyil, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun nəticəsidir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bəyan edib.
"Belə hesab edirəm ki, bu uydurmaların müəllifləri amerikalıların Əfqanıstandakı uğursuzluğuna hansısa formada haqq qazandırmağa və baş verənləri planlaşdırılmış aksiya kimi qələmə verməyə çalışanlardır", – deyə Kabulov Əfqanıstanda hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olduğu ilə bağlı məsələni şərh edərkən vurğulayıb.
Kabulov onu da bildirib ki, Rusiyanın beynində də, ürəyində də Əfqanıstanla bağlı "B" planı var, ancaq indi "A" planı üzrə iş aparılır.
"Bizim həm beynimizdə, həm də ürəyimizdə Əfqanıstanla bağlı "B" planı var, ancaq biz heç vaxt bir tərəfdən o biri tərəfə atılmağa tələsmirik, əgər sizin terminologiyadan istifadə etsək, hazırda "A" planı üzrə işləyirik", – deyə Kabulov "Exo Moskvı" radiosunun efirində bəyan edib.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Zaxarova Kabildəki vəziyyəti dəyərləndirib
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar
Əfqanıstan prezidenti Əşrəf Qani istefa verib