CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə dörd yaşlı qız xəstəxanada ölüb

Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb. Sputnik Azərbaycan xəbər verir ki, avqustun 16-da şəhər sakini, 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Eləcə də oxuyun:
Narkomanların atdığı körpələr - Kiçik bir sığınacaqda belələri üstünlük təşkil edir
Payızda virusdan necə qorunaq - infeksionistlər danışdılar
Kürdəmirdə bir ailə qəzaya düşdü, yalnız iki uşaq sağ qaldı