00:55 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
1067 0 0

"Ən vacib məsələ COVID-19-dan qorunmaqdır. Xəstəliyə yoluxmusuzsa, yəni, əzginlik, halsızlıq, temperatur və başqa əlamətlər varsa, ilk olaraq PCR testdən keçmək lazımdır. Bu mütləqdir".

 

BAKI, 10 avqust — Sputnik. Payız fəslinin yaxınlaşması, növbəti ayın sonlarından etibarən havaların getdikcə soyumağa başlayacağı səhhəti zəif olan şəxslər üçün risk yaradır. Belə olan halda həm repirator viruslar aktivləşəcək, həm də COVID-19 virusunun digər ştammlarının daha aktiv olacağı ehtimal olunur.

Belə olan halda nə etməli?

Həkim-infeksionisti Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, qış aylarında üst tənəffüs yolu xəstəliklərinin sayı artır, Hazırkı dönəmdə COVID-19-dan necə qorunuruqsa, digər tənəffüs yolu xəstəliklərindən də belə qorunmaq lazımdır.

"Əl gigiyenası, maska istifadəsi vacibdir. Bundan başqa, mümkün olduqca sıxlıqlardan uzaq olmaq, havalandırma sisteminin işləkliyini təmin etmək lazımdır. Fikir verdinizsə, ötən ilin qışında bir o qədər də yoluxma olmadı, ən azı digər respirator virusların sayında artım olmadı", - deyə infeksionist vurğulayıb və bunun səbəbini artıq il yarımdır ki, əhalinin maska taxıb, əl gigiyenasına əməl etməsində görür.

Vaksinə gəldikdə isə, F.Sədirov Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini açıqlayır.

"ÜST 6 aydan sonra 3-cü dozanın qəbulunu tövsiyə edir. Yaxud xəstəliyi keçirənlərdə 6 aydan sonra xatırlatma olaraq 1 doza vaksin vurulur ki, bu da nisbətən daha qalıcı immunitet təmin etmiş olur. Heç kəsə 3-dən artıq vaksin dozası məsləhət görülmür", - deyə həkim vurğulayıb.

Azyaşlıların necə qorunması ilə bağlı F.Sədirov əl gigiyenasınını qorunmasının önəmindən danışıb.

"Onlar digər yaş qrupları ilə müqayisədə əllərini daha çox ağız və burun nahiyəsinə yaxınlaşdırır və beləliklə azyaşlının virusu tənəffüs yollarına daşıma ehtimalı daha çox olur. Uşaqların əllərini tez-tez yumaq, immunitet sistemini normada saxlamaq, qış girmədən öncə bol vitaminli rasionlardan istifadə etmək lazımdır", - deyə Fərrux Sədirov bildirib.

İnfeksionist İlhamə Abbasova Sputnik Azərbaycan-a açqlamasında hazırda bir neçə virus - rotaviruslar və kəskin respirator rinoviruslar yayılmasına diqqət çəkərək bu viruslar arasında COVID-19-un daha amansız olduğunu bildirib.

"Ən vacib məsələ COVID-19-dan qorunmaqdır. Xəstəliyə yoluxmusuzsa, yəni, əzginlik, halsızlıq, temperatur və başqa əlamətlər varsa, ilk olaraq PCR testdən keçmək lazımdır. Bu mütləqdir. Bu virusdan qorunmaq üçün ilk olaraq vaksin olunmağı, maska taxmağı və gigiyenik qaydalara əməl etməyi tövsiyə edirəm.Virusdan qorunmaq üçün həkim bildirir ki, vaksin 2 doz vurulmalı 6 aydan sonra təkrar 1 doz da vurulmalıdır", - deyə infeksionist əlavə edib.

İ.Abbasova deyir ki, payız və qış mövsümündə bədən yetərli qədərdə immiunitetə sahib olsun deyə, düzgün və sağlam qidalanmaq lazımdır. "Çünki payız aylarında xəstəliklər hər zaman artır", - deyə o bildirib.

Bəs, azyaşlılar bu virusdan necə qorunmalıdır, sualına gəldikdə infeksionist deyir ki, azyaşlılar ən azından qeydiyyatda olduqları poliklinikada ildə iki dəfə pediatr müayinəsindən keçməlidirlər.

"Məktəblər açılarsa, şagirdlər hər səhər müayinə olunaraq dərsə buraxılmalı, nlar arasında ara məsafə olmalı, tək-tək oturmalıdırlar", - deyə o bildirib.

İnfeksionist virusdan qorunmaq üçün vaksinasiya olunmağa səsləyir.

"Reanimasyada yatan xəstələr vaksin olunmayanlardı. Yəni ölümdənsə, vaksin olunsunlar və bundan qorxmasınlar", - deyə infeksionist vurğulayıb.

 

Teqlər:
gigiyena, virus, payız, piylənmədən qorunmaq

Əsas mövzular